Brent markalı neftin barel qiyməti 84,70 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 84,70 dollara satılır.

Turkustan.az xəbər verir ki, ötən gün 85,81 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 85,11 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09.20-də bağlanış tarixi ilə müqayisədə 0,48 faiz azalaraq 84,70 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 80,63 dollara satılıb.

Neftin ucuzlaşmasında ABŞ dollarının digər valyutalara nisbətən bahalaşması təsirli olur. Dollar bu həftə ABŞ-ın əmək bazarı və istehsal sənayesi ilə bağlı gözləniləndən daha güclü məlumatlardan sonra bahalaşıb. Güclü dolların xarici valyuta istifadəçiləri üçün nefti bahalaşdıraraq tələbi azaldacağı gözlənilir. ABŞ dolları indeksi səhər saatlarında 0,14 faiz artaraq 104 035-ə çatıb.

Dünyanın ən böyük xam neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı narahatlıqlar da ölkədə tələbin görünüşünə mənfi təsir edir və qiymətlərə təzyiq göstərir.

Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, Çin iqtisadiyyatı ilin ikinci rübündə 4,7 faizlə gözləntilərin altında böyüdü. Artım sürəti maliyyə informasiya xidməti Wind-in proqnozlaşdırdığı 5 faizdən və hökumətin bu il “təxminən 5 faiz” hədəfindən aşağı olub.

Bu vəziyyət ölkədə neftə tələbatla bağlı narahatlığı artırır və qiymətlərə təsir göstərir.

Digər tərəfdən, bazar oyunçuları Kanadanın böyük neft yataqlarının yerləşdiyi bölgələrdə yenidən alovlanan meşə yanğınlarını və onun neft hasilatına təsirini yaxından izləyirlər. Yanğınların ABŞ-a keçə biləcəyi ilə bağlı narahatlıqlar artır. Yanğınların ölkədə neft hasilatını riskə atacağı və qlobal tədarükün pozulması ilə bağlı narahatlıq qiymətləri yüksəldir.

Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 85,88-86,64 dollar arası müqavimət, 83,46-82,70 dollar arası isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ