Azərbaycan nefti 103 dollara ÇATIR


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Turkustan.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,35 dollar və ya 3,37% artaraq 102,7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.


MANŞET XƏBƏRLƏRİ