Türkiyədə 1 dollar 20 lirə oldu - Bahalaşma davam edir


Türkiyədə dolların bahalaşması davam edir.

Turkustan.az xəbər verir ki, bu gün dollar bir qədər də bahalaşaraq 20 lirəyə çatıb.

Bir ay əvvəl 1 dollar 19,45 lirəyə, ilin əvvəlində 18,7 lirəyə, bir il öncə isə 16,3 lirəyə dəyişdirilirdi. Müqayisə göstərir ki, dollar lirə qarşısında son ayda 2,82 faiz, ilin əvvəlindən 7 faiz, son bir ildə 22,7 faiz yüksəlib.

Lirənin sürətlə ucuzlaşması Türkiyədə əhalinin sosial vəziyyətini ağırlaşdıracaq, gəlirlərin dəyərdən düşməsinə səbəb olacaq. Bu vəziyyət ölkədə yüksək inflyasiyanın da davam etməsinə imkan yaradacaq.Türk lirəsinin dəyər itirməsi Türkiyənin xarici ticarət kəsirinin yüksək olması ilə bağlıdır. 2022-ci ildə xarici ticarət kəsiri 110 milyard dollara çatmaqla rekord qırdı. Bu ilin geridə qalan ayları ərzində də ticarət kəsirinin böyüməsi davam edir. Xarici ticarət kəsirinin böyüməsi Türkiyədə xarici valyutaya tələbi artırır ki, bu da lirəni ucuzlaşdırır. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ