Azərbaycanda bu ilin mart ayında bir sıra qida məhsullarında bahalaşma olub.
Turkustan.az xəbər verir ki, “Teleqraf” Dövlət Statistika Komitəsinin hesabatına əsasən bəzi qida məhsullarının qiymətinin nə qədər artdığını hesablayıb.
Komitənin məlumatına görə, martda bir ay əvvələ nisbətən ən çox bahalaşan qida məhsulu gül kələmi olub – 11,4%.
Digər qida məhsullarında bahalaşma belə olub: limon - 3,6 %, portağal 8,6 %, naringi 6,3 %, banan 6,7 %, alma 6,3 %, armud 4,2 %, heyva 4,8 %, kivi 3,6 %, qoz 4 %, ağ kələm 5,5 %, balqabaq 8,5 %, yerkökü 4,3 %, baş soğan 8,6 %, kartof 6,8 %.
2025-ci ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 % olub.