Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi


Bu ilin ilk 3 ayında Azərbaycandan xarici ölkələrə 1 009,4 ton kartof ixrac edilib.

Turkustan.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 3 ayda ixrac olunan kartofun təxminən 82%-i, yəni 831 tonunun ixracı mart ayında həyata keçirilib.

Məlumat üçün bildirək ki, mart ayında xaricə satılan kartofun bir kiloqramının orta gömrük dəyəri 56 qəpik (33 sent) olub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, mart ayında ölkə daxilində kartofun pərakəndə satış qiyməti 1 manat 25 qəpik təşkil edib.

Açıqlanan rəsmi göstəricilərdən də göründüyü kimi, xaricə satılan kartofun qiyməti daxili bazarda satılan kartofun qiymətindən 2,2 dəfə ucuz olub. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ