Qızılın qiyməti unsiya başına 3,100 dollardan yuxarı qalxaraq yenidən rekord səviyyəyə çatıb.
Turkustan.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0,77% artaraq 3,115.15 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0,53% yüksələrək 35.270 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, rekord bahalaşma ABŞ Prezidenti Donald Trampın bütün avtomobil idxalına 25% gömrük rüsumu tətbiq etməsindən sonra yenidən yaranan təhlükəsiz liman tələbi səbəbindən baş verib.