Azərbaycan kərə yağını hansı ölkələrdən və NEÇƏYƏ ALIR?


2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 36 milyon 843 min ABŞ dolları dəyərində 5 min 338 ton kərə yağı idxal edilib. Dövlət Gömrük Komitəsinin son göstəricisi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 80% və ya 2370 ton, dəyər baxımından isə 2.4 dəfə və ya 21.3 milyon ABŞ dolları artıb.

Yenisabah.az-ın araşdırmasına görə, ötən il ixaricdən Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 min 611 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

2024-cü il ərzində ən çox yağ İrandan tədarük edilib - 14,2 min ton. Lakin ən ucuz yağın idxal edildiyi ölkə də İran olub. İrandan gətirilmiş yağın 1 kq-nın orta statistik dəyəri 8,27 manata bərabər olub.

İrandan sonra Azərbaycan ikinci ən böyük yağ idxalçısı Yeni Zelandiyadır. Bu ölkədən il ərzində ümumən 5,3 min tondan çox yağ idxal edilib. Yeni Zelandiyadan idxal edilmiş yağın orta idxal qiyməti 11,33 manat olub.

Bununla belə, Azərbaycan kərə yağını ən baha qiymətə 29,05 manat olmaqla Portuqaliyadan, 26,79 manata isə İtaliyadan alıb (Hər birindən 1 ton olmaqla).

Digər tədarükçü ölkələr isə aşağıdakılardır:

Latviya – 3 ton (15.06 AZN)

Polşa – 10 ton (14.79 AZN)

Niderland – 1 ton (14.69 AZN)

Litva – 44 ton (13.99 AZN)

Fransa – 267 ton (13.45 AZN)

Almaniya – 347 ton (13.03 AZN)

Finlandiya – 918 ton (12.73 AZN)

Belçika – 139 ton (12.71 AZN)

Türkiyə - 385 ton (12.43 AZN)

Ukrayna – 879 ton (11.82 AZN)

Belarus – 1112 ton (11.76 AZN)

Yeni Zelandiya - 5 334 ton (11.33 AZN)

Rusiya – 101 ton (11.26 AZN)

Hindistan – 741 ton (9.72 AZN)


MANŞET XƏBƏRLƏRİ