Qızıl dünyanı şoka salacaq


İsveçrənin UBS bankının analitiklərinin fikrincə, qızıl fyuçersləri 2025-ci ilin dördüncü rübündə təhlükəsiz sığınacaq aktivlərinə tələbatın artması fonunda bir unsiya üçün 3200 dollara qədər bahalaşa bilər.

Turkustan.az xəbər verir ki, əvvəlki proqnoz qiymətlərin unsiya üçün 3000 dollara qədər yüksəlməsini nəzərdə tuturdu, lakin fyuçerslər keçən həftə bu həddi aşdı.

UBS analitikləri Vayne Gordon və Giovanni Staunovo "Ticarət gərginliyinin artması qiymətli metalın təhlükəsiz sığınacaq aktivi kimi rolunu vurğulayır",-deyib.

Onlar hesab edirlər ki, qızıla əlavə tələb ABŞ-də tənəzzül qorxusundan qaynaqlanacaq:

"Biz investisiya portfelində təxminən 5% qızılın saxlanmasının uzunmüddətli diversifikasiya perspektivindən optimal olacağına inanmağa davam edirik".

“DoubleLine Capital”-ın təsisçisi və baş investisiya direktoru Jeffri Qundlax qızılın unsiyasına 4000 dollar səviyyəsində daha da yüksələn qiymət hədəfi qoyub:

"Qızıl bir neçə ildir danışdığımız artımı davam etdirir. Mən cəsarətli bir proqnoz verəcəm və qızılın 4000 dollara çatacağını söyləyəcəyəm."

Qundlax bunun bu il baş verəcəyinə əmin olmadığını əlavə edib. Bununla belə, o, qeyd edib ki, mərkəzi bankın qızıl alışları çox kəskin trayektoriya ilə artır və bunun tezliklə dəyişməsi mümkün deyil.

Onun fikrincə, bu il Amerika iqtisadiyyatında tənəzzül ehtimalı təxminən 60% təşkil edir.

Aprel qızıl fyuçersləri bazar ertəsi günortadan sonra az dəyişib, unsiya üçün 3002,80 dollara ticarət edilib. İlin əvvəlindən qızılın qiyməti 12,7% artıb.

“MarketWatch”-in qeyd etdiyi kimi, 1980-ci ilin yanvarında - ABŞ-də, xüsusilə yüksək inflyasiyanın 14%-i ötdüyü dövrünün zirvəsində qızılın qiyməti bir unsiya üçün 873 dollara çatdı. “Dow Jones Market Data”-ya görə, inflyasiyanı nəzərə alsaq, bu, indiki pulla bir unsiya üçün təxminən 3580 min dollar təşkil edir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ