Ukrayna və ABŞ prezidentləri arasında mübahisəyə reaksiya nəticəsində neftin qiyməti kəskin şəkildə aşağı düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Cümə günü başa çatan Brent markalı neftin fyuçersləri 86 sent və ya 1,16 faiz ucuzlaşaraq bir barel üçün 73,18 dollar olub. Eyni zamanda, Amerikanın WTI (West Texas Intermediate) markalı neftinin fyuçersləri 59 sent və ya 0,84% azalaraq 69,76 dollar/barelə bərabər olub.
Xatırladaq ki, dünən Zelenski Ağ Evdə Tramp və ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə görüşüb. Əvvəlcə xoşməramlı söhbət olsa da, sonra qalmaqala çevrilib.
Ukrayna prezidenti iddia edib ki, Moskvaya sülh bağlamağa etibar etmək olmaz, Tramp və Vens isə Zelenskini köməyə görə onlara təşəkkür etməməkdə günahlandırıb.
Mütəxəssislərin fikrincə, dövlət başçıları arasında mübahisə Rusiya Federasiyasının strateji mövqeyini yaxşılaşdırır, ona neft bazarında öz mövqelərini möhkəmləndirməyə ümid etməyə imkan verir./publika.az