Dolların birjadankənar məzənnəsi 2024-cü ilin sentyabrından sonra ilk dəfə olaraq 87 rubldan aşağı düşüb.
Turkustan.az xəbər verir ki, Moskva vaxtı ilə dünən saat 19:00-da dollar 2,9 rubl ucuzlaşaraq 86,9 rubla enib. Bu, sentyabrın 4-dən bəri ən aşağı səviyyədir. Rublun rəsmi məzənnəsi isə 88,51 rubla qədər geriləyib.
"SHOT" "Telegram" kanalı məlumat verir ki, valyuta məzənnəsinin düşməsi ilə əlaqədar Rusiyada dollar almaq üçün növbələr yaranıb. Bəzi valyutadəyişmə məntəqələrində dolların qiyməti 95 rubla qədər yüksəlib. /Musavat.com/