Çörəyin bahalaşması ilə bağlı AÇIQLAMA


Son günlər Azərbaycanda un bahalaşıb. Beləki, ötən ilin aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edirdisə, bu ay bir kisə unun qiyməti 27 manat 35 qəpiyə qədər artıb.

Qiymət artımını satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb kimi isə məhsulun azlığı göstərilir.

Unun qiymətinin artması çörəyin bahalaşmasına səbəb ola bilərmi?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, Azərbaycan un məhsullarına olan tələbat böyük ölçüdə idxal hesabına ödənilir:

“Çörək üçün keyfiyyətli taxıl xaricdən gətirilir. Ərzaqlıq buğdaya olan ehtiyacımızın cəmi 25 faizi yerli istehsal hesabına ödənilir. Qalan fərq isə idxal hesabına ödənlir. Son zamanlar logistikanın bahalaşması, eləcə də Rusiya və Qazaxıstanda mövsümə uyğun olaraq ərzaqlıq buğdanın bahalaşması ölkəmizdə un məhsullarının bahalaşmasına səbəb olub.

Məlumdur ki, payızlıq taxıl inkişafdadır, yazlıq taxılsa hələki əkilməyib. Bu səbəbdən də bu aylarda dünyada taxılın qiymətində artım müşahidə olunur. Ona görə də bizdə də unun qiymətində az da olsa qiymət artımı var. Təbii ki, unun qiyməti böyük ölçüdə artsa, o zaman çörəyin də qiyməti artacaq”.


MANŞET XƏBƏRLƏRİ