Dövlət Statistika Komitəsindən (DSK) açıqlanan sonuncu məlumatda göstərilir ki, Azərbaycanda iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik olub.
Turkustan.az yeniavaz.com-a istinadən xəbər verir ki, komitənin rəsmi açıqlamasında mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu göstərilib.
DSK eyni dövr üçün mal ətinin pərakəndə satış qiymətini də açıqlayıb. Açıqlanan məlumatlara görə, mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu dövrdə mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüz mal ətinin qiyməti isə 16 manat 30 qəpik olub.
Rəsmi statistikadan da göründüyü kimi, Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılıb.
Onu da bildirək ki, mal ətinin baha satılmasının səbəbləri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Bu fikirlərdən biri də, bu sahədə fəaliyyət göstərən şəxslərin rəsmi statistikaya düşməyən qeyri-rəsmi ödənişlər etməsi ilə bağlıdır.