Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər


Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 153,3 manata bərabər olub.

Turkustan.az xəbər verir ki, 1 qram qızılın qiyməti son bir gün ərzində 1,3% və ya 2 manat bahalaşıb.

Son bir ay ərzində isə qızlın qiyməti 6,1% və ya 8,8 manat artıb.

Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.

Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ