Xaricdən əti və yağı necəyə alırıq?


2024-cü ildə Azərbaycan xaricdən 129 milyon 556 min dollar dəyərində 58 min 689 ton ət alıb.

Turkustan.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

2023-cü ildə isə Azərbaycana 86 milyon 739 min dollar dəyərində 41 min 707 ton ət idxal edilmişdi. 2024-cü ildə ət idxalı 2023-cü il ilə müqayisədə dəyər baxımından 42 milyon 817 min dollar (49,4%), miqdar baxımından isə 16 min 982 ton (40,7%) artıb.

2024-cü ildə ətin orta idxal qiyməti 1 kiloqram üçün 3,75 manat olub ki, bu da keçən illə müqayisədə 6,1% artım deməkdir. Ümumilikdə, ət idxalı Azərbaycanın ümumi idxalının yalnız 0,62%-ni təşkil edir.

2024-cü ildə xaricdən Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 min 611 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 2023-cü ildə isə bu rəqəm 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton olmuşdu.

Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər baxımından 81 milyon 188 min dollar (87,6%), miqdar baxımından isə 13 min 15 ton (78,4%) artıb. Xaricdən gətirilən kərə yağının 1 kiloqramı 5,86 dollara və ya 9 manat 96 qəpiyə başa gəlib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ