Amerikanın yeni administrasiyası dolların dövriyyəsinə məhdudiyyətlər qoyacaq qədər irəli gedə bilər.
Turkustan.az xəbər verir ki, rusiyalı iqtisadçı Mixail Xazin bu ssenarini istisna etməyib.
Ekspert bildirib ki, ABŞ hakimiyyəti xaricdən ölkəyə nağd dolların gətirilməsinə qadağa qoya bilər:
"Onlar bunu müxtəlif bəhanələrlə edə bilərlər. Belə mümkün tədbirlərin əsas məqsədi bütün hazırkı qlobal dollar sisteminin saxlanması xərclərini azaltmaqdır".
Ekspertin fikrincə, Donald Tramp hansısa yolla bu əlavə xərclərdən xilas olmaq istəyir: "Amerikalılar üçün qapalı dollar sistemini saxlamaq və pul dövriyyəsini kənardan gələn dollarlarla idarə etmək daha sərfəli olardı. ABŞ hakimiyyətini dünyanın qalan hissəsində valyuta ilə nə baş verəcəyi xüsusilə narahat etməyəcək". /publika.az/