Dünya bazarında ət bahalaşıb
Dünya bazarında mal ətinin 1 kiloqramı 6,2 dollar olub.
Turkustan.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində açıqlanıb.
Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.
Ötən aydan dünya bazarında mal ətinin qiymətində qeyri-sabitlik müşahidə olunur.
Dekabrda Avropa bazarında qoyun ətinin 1 kiloqramı isə 9,6 dollara satılıb. Bu, əvvəlki aya nisbətən 2.3% bahalaşma deməkdir, yəni ət bahalaşıb.
2024-cü ilin dekabr ayında quş ətinin dünya bazar qiyməti son bir ilin ən yüksək həddinə çatıb. 1 kiloqram quş əti 3,9 dollar olub. Quş əti 26 % bahalaşıb.