2025-ci ilin sonuna kimi qızılın qiyməti bir unsiya üçün 3 min dollara qədər artacaq.
Turkustan.az xəbər verir ki, bu proqnozu “Digital Broker” analitiki İvan Yefanov verib.
2024-cü il qızıl üçün çox müsbət olub, aktiv kimi qiymətli metal 30% bahalaşıb.
"Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını rekord sürətlə artırmağa davam edir ki, bu da qiymətli metalın dəyərini yüksəldir", - ekspert izah edib.
Onun sözlərinə görə, kağız əmanətlərinin müxtəlif vəziyyətlərdə dondurulması və qızılla təmin olunmayan aktivlərə inamsızlıq fonunda qızıla inam aktiv şəkildə artır.
“Tarixən qızıl inflyasiyaya yaxşı tab gətirib”, - o əlavə edib./publika.az