Azərbaycanda bu ilin noyabr ayında məhsul və xidmətlərin ən çox yüksəldiyi iqtisadi rayonlar məlum olub.
Turkustan.az Trend-ə istinadən xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Belə ki, cari ilin noyabrında qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən çox bahalaşma Gəncə-Daşkəsən iqtisadi rayonunda (əvvəlki ilin eyni dövrünə nisbətən 1,9% çox), qeyri-qida məhsulları üzrə isə Bakı şəhərində (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% çox) qeydə alınıb.
Sözügedən dövr ərzində qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən az bahalaşma Naxçıvan Muxtar Respublikasında (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox), qeyri-qida məhsulları üzrə isə Abşeron – Xızı iqtisadi rayonunda (ötən ilin eyni dövrünə nisbətən 0,7% az) olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 102,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101,0 faiz, qeyri-qida malları üzrə 101,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 103,8 faiz təşkil edib.
Azərbaycanın iqtisadi rayonları üzrə 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksləri (əvvəlki aya nisbətən, faizlə) təqdim edirik: