Türkiyə lirəsi ilin sonuna kimi tarixi minimumunu yeniləyə bilər


Bir dollar 36 lirə ola bilər

Türkiyənin milli valyutasının dəyəri ilin sonuna kimi tarixi minimuma, bir dollar 36 lirə ola bilər. AYNA “TGRT Haber”ə istinadən xəbər verir ki, bunu valyuta bazarlarının göstəricisi deyir.

Ötən həftə türk lirəsinin dollar qarşısında dəyəri növbəti dəfə tarixi minimuma çatıb və bir dollar üçün 35 lirəlik psixoloji həddi keçib.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, bazar ertəsi dollar 35,06 lirədən ticarət edilib.

“Bazar ertəsi, dekabrın 23-nə dolların məzənnəsi lirəyə nisbətdə artmaqda davam edir”, - məlumatda qeyd olunub.

Artıq yeddinci aydır ki, lirə dollar qarşısında ucuzlaşır. Türk valyutasının dəyərindəki ən güclü aylıq enişlərdən biri 2023-cü ilin iyun ayında dəyərinin dörddə birini itirdiyi zaman müşahidə olunub. Bu ilin əvvəlindən lirə dollara nisbətdə demək olar ki, 19% ucuzlaşıb. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ