2024-cü ildə Azərbaycan əhalisi içki və siqaretə bu qədər xərcləyib - Fantastik məbləğ


2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 284,8 milyon manatlıq siqaret və içki məhsulları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, satış 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən 1,1% azdır.

Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,2% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.

Təkcə noyabr ayında siqaret və içkiyə xərclənən vəsaitin məbləği isə 212,7 milyon manat təşkil edib.


MANŞET XƏBƏRLƏRİ