Növbəti ildə ABŞ və Çin arasındakı gərginlik enerji və əmtəə bazarlarına təsir göstərəcək. Bu proseslərin fonunda qızıl bahalaşacaq.
Turkustan.az xəbər verir ki, bu barədə ING bankın hesabatında qeyd edilir. Sənədə əsasən 2025-ci ildə qiymətli metal 2 760 dollara yüksələcək. Qızıl alışları əsasən xarici ehtiyatlarını diversifikasiya etmək istəyən mərkəzi banklar tərəfindən reallaşdırılacaq. Artan ticarət və geosiyasi gərginlik qızılın təhlükəsiz "liman" cəlbediciliyini artıracaq.
ABŞ-nin investisiya bankı “JPMorgan”da qızıl və gümüşün qiyməti ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib. Növbəti ildə qızılın unsiyasının 3 000 dollar səviyyəsinə yüksələcəyini açıqlayıb. Bu ilin iyulunda “JPMorgan” növbəti il üçün qızılın qiymətini 2800 dollar səviyyəsində proqnozlaşdırmışdı.
Gümüş isə 2025-ci ilin sonuna 38 dollara yüksələ bilər. İyulda bu yöndə proqnoz 36 dollar səviyyəsində idi.
Qeyd edək ki, bu gün ticarət əməliyyatlarının gedişində qızılın qiyməti 2 750 dollara yaxınlaşıb. /teleqraf.com/