Lirə dollar və avro qarşısında ucuzlaşdı


Türkiyə valyuta birjalarında dollar və avro lirə qarşısında bahalaşıb.

Turkustan.az xəbər verir ki, dollar 0.36, avro isə 0.13 faiz dəyər qazanıb.

Hazırda 1 dollar 34.80, 1 avro isə 36.85 lirə səviyyəsində qərarlaşıb.

Lirə Azərbaycan manatı qarşısında isə sabit qalıb. Birjalarda 1 lirə 0.0489 manata təklif olunur.

Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.


MANŞET XƏBƏRLƏRİ