Gələn il Bakıda evlər ucuzlaşacaq: SƏBƏB


Azərbaycanın mənzil bazarındakı qiymət artımı 2024-cü ilin üçüncü rübündə də davam edib.

Turkustan.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin üçüncü rübündə ümumi mənzil bazarında qiymət indeksi əvvəlki rübə ikinci rübə nisbətən 3,8 faiz artıb. Bu artı, həm ilkin, həm də təkrar mənzil bazarlarında müşahidə olunub. İlkin mənzil bazarındakı qiymət artımı daha yüksək olub - 4,3 faiz.

Təkrar mənzil bazarında isə qiymətlər 3,7 faizyüksəlib. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artıb. İlkin mənzil bazarında artım daha yüksək olub və 10,3 faiz təşkil edib.

Təkrar mənzil bazarındakı qiymət artımı isə 9,1 faiz olaraq qeydə alınıb.

Bu artımlar ötən illə müqayisədə bazarın dinamik inkişaf etdiyini göstərir.

Məsələ ilə bağlı əmlak və inşaat məsələləri ilə bağlı ekspert Elnur Azadov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, son 20 ildə daşınmaz əmlak sektorunda ən kəskin bahalaşma 2006-cı ildə qeydə alınıb:

"2022-2023-cü illəri əhatə edən bahalaşmanın səbəbkarları tikinti şirkətləri olub. Belə ki, xüsusilə artmaturun bahalaşması nəticəsində tikinti şirkətləri qiymətləri qaldırmağa başlamışdılar. Bahalaşma 2022-2023-cü illərdə armaturun və digər inşaat materiallarının qiymətinin artması, eyni zamanda tikinti-şəhərsalma həcminin azalması və tikinti şirkətləri arasında rəqabətin azalması, inşaat normativlərinin sərtləşməsi fonunda baş tutdu.

Əhalinin böyük qismi ipotekalara və bankların daxili kreditlərinə müraciət etməyə başladı. Pandemiyadan sonrakı dövrdə müştərilər qısa bir dövrdə bazara çıxaraq, daşınmaz əmlakın bahalaşması fonunda ipotekalarla, bank kreditləri ilə əmlakların alınmasında çox aktiv oldular. Eyni zamanda, vətəndaşlar inflyasiya riskini nəzərə alaraq daşınmaz əmlaka yatırım etməyə başladılar”.

O bildirib ki, 2023-cü ilin sonundan bu tendensiya azalmağa başladı:

“Ümumilikdə ilin sonuna kimi daşınmaz əmlak bazarında 5-10% bahalaşma gözlənilir".

Elnur Azadov qeyd edib ki, 2024-ci ilin əvvəlində Bakı şəhərinin Baş planı təsdiq olunub:

"Bununla da 2025-ci ildən tikinti şirkətləri üçün bazara çıxmaq və yeni layihələrin başlanması ilə bağlı vədlər verilib. Əgər bu vədlər baş tutarsa, tikinti şirkətləri arasında rəqabət yüksələrsə, qiymətlərin stabilləşməsi gözlənilə bilər".

Ekspertin sözlərinə görə, qiymət artımlarını dinamik inkişaf adlandırmaq olmaz:

"Dinamik inkişaf 2017-2018-ci illərdə baş verdi. Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Bakı şəhərinin bir çox ərazilərində köhnəlmiş yaşayış fondları sökülməyə başlandı. Həmin vaxtlar tikinti şirkətləri də bazarda aktiv idi və qiymətlərdə çox da artım olmamışdı. Yəni qiymət artımını dinamika adlandırmaq düzgün deyil".


MANŞET XƏBƏRLƏRİ