Azərbaycan iqtisadiyyatına ən çox bu ölkələr investisiya yatırıb – Siyahı


Bu ilin yanvar-sentyabr ayları ərzində xarici maliyyə mənbələrindən əsas kapitala 2,1 milyard manat investisiya olunub.

Turkustan.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda yer alıb.

Qeyd edilir ki, xarici mənbələrdən əsas kapitala yönəldilən investisiya ümumi investisiyanın dəyərinin 16,8%-ini təşkil edib.

Dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 95,9%-i Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ