Hersoq Bakıya BUNA GÖRƏ GƏLMƏYİB - Türkiyə elə bir qərar verib ki... - RƏSMİ


Türkiyə İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinin Bakıya səfər üçün ölkənin hava məkanından istifadə etməsinə icazə verilmədiyini təsdiqləyib.

“Milliyet” xəbər verir ki, bu barədə məlumatı Türkiyə rəsmiləri təsdiqləyib.

Bildirilib ki, İsrail qurumları Bakıda keçirilən COP29 iqlim sammitində iştirakı planlaşdırılan Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadəsi ilə bağlı ölkəyə müraciət edib.

Bununla belə, İsrailin bu müraciəti Türkiyə tərəfindən rədd edilib.

Xatırladaq ki, ilk olaraq İsrail mediasında Hersoqun Azərbaycana səfərinin təhlükəsizlik baxımından təxirə salındığı barədə məlumat yayılıb.

Daha sonra isə, Caliber.az İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbin tamam başqa müstəvidə olduğunu yazıb. Belə ki, buna səbəbin Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyması olduğu məlum olub. /Bizim.Media


MANŞET XƏBƏRLƏRİ