“Qərbin Ermənistana “Rusiya və İranla əməkdaşlıq etməyin” çağırışları ölümcül fikirlərdir”.
Turkustan.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan amerikalı iqtisadçı Cefri Saks deyib.
Onun sözlərinə görə, texnoloji baxımdan geri qalmamaq üçün Ermənistana istehsalatda məntiqli strategiya lazımdır:
“Bütün bunlara isə dinc şəraitdə əməkdaşlığın olduğu regionda çatmaq olar. Ermənistan nəqliyyat marşrutlarını inkişaf etdirə bilsə, o zaman transformasiya sahəsində də uğur qazanacaq. Dəhliz ideyasının doğruluğu onun iqtisadi şəbəkənin bir parçası olmasıdır. Bunun üçün isə Ermənistana Rusiya, İran, Türkiyə və Azərbaycanla yaxşı əlaqələr lazımdır.
Qərbin düşüncəsi belədir ki, bütün bunlar mümkündür, amma biz Rusiya və İranla əməkdaşlıq etməyəcəyik. Yaxşı uşaqlar və pis uşaqlar var, siz yaxşılarla qalın və biz sizə kömək edib, xilas edəcəyik. Bu, çox təhlükəli, ölümcül düşüncə tərzidir”./Globalinfo.az