Beynəlxalq Ədalət Məhkəməsi bu gün Bakı vaxtı ilə saat 18:00-da Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinə qarşı iddiaları haqda qərarını açıqlayacaq.
Turkustan.az xəbər verir ki, “Azərbaycan Ermənistana qarşı” və “Ermənistan Azərbaycana qarşı” işi üzrə qərarlar eyni vaxtda elan ediləcək.
Qeyd edək ki, Nikol Paşinyan qarşılıqlı olaraq bu iddialardan imtina edilməsinin mümkünlüyü haqda danışsa da, nəticə olmayıb./axar.az