Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi


“Bildiyimiz kimi, COP29 tədbiri iqlim dəyişikliyinə həsr olunub. Lakin BBC-nin hazırladığı reportajın mahiyyətini anlamaq olmur”.

Turkustan.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev COP29 tədbiri zamanı sualları cavablandırarkən deyib.

O, adıçəkilən kanalın mövzudankənar reportaj hazırladıqlarını qeyd edib:

“Məsələn, dünən tamamilə mövzuya aid olmayan şəkildə ketrinq haqqında bir reportaj hazırlanıb. Bunun mahiyyətinə varmaq lazımdır. Bu ərazi eksteritorial status daşıyır və BMT qaydaları tətbiq olunur, beynəlxalq tədbirdir. Burada qiymətlər Azərbaycan bazarı üçün nəzərdə tutulmayıb. Çünki bu, beynəlxalq tədbirdir. Amma məsələni belə bir formada təqdim etmənizi (BBC nəzərdə tutulur – red.) peşəkar hesab etmirəm.

İkincisi isə bu, iqlim mövzusudur, Azərbaycan da ev sahibidir. Burada iqlim məsələləri müzakirə olunduğu halda “BBC Azərbaycan” və “BBC dünya” xidmətinə tövsiyə edərdim ki, peşəkər işlə məşğul olsunlar. Eləcə də beynəlxalq ictimaiyyətin, dünyanın üzləşdiyi problemlərə daha çox diqqət atırsınlar. Siz isə mövzunu tamamilə başqa istiqamətə yönəldirsiniz. Siz insanların şikayəti əsasında yox, ümumiləşdirilmiş formada danışırsınız. Bundan öncəki COP tədbirlərində iştirak etsəniz, qiymətləri müqayisə edərdiniz. Bu daha peşəkar və düzgün olardı”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ