Pezeşkian gəlmədi: İranı Bakıda o təmsil edəcək


İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Turkustan.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, bundan öncə İranı Prezident Məsud Pezeşkianın başçılıq etdiyi nümayəndə heyətinin təmsil edəcəyi açıqlansa da, İran prezidentinin COP29 üçün Bakıya gəlməyəcəyi haqda məlumat ötən gün yayıldı. /axar.az/


MANŞET XƏBƏRLƏRİ