“Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün deyil, bölgənin inkişafı üçün də önəmlidir” – İradə Rizazadə


“Zəngəzur dəhlizi Yeni İpək Yolunun mühüm hissəsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Açılışda konfransın təşkilatçısı olan "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə iştirakçıları salamlayıb.

QHT.az xəbər verir ki, konfransın ilk panelində Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti müzakirə edilib. İradə Rizazadə çıxışında bildirib ki, Fransız dilində kitab təqdim ediblər və Rotterdamda Latviya və Ukrayna icmalarının nümayəndələri tərəfindən bu kitab böyük maraqla qarşılanıb. O, Zəngəzur dəhlizinin açılmasının sosial-iqtisadi təsirlərini və beynəlxalq arenada təbliğini vurğulayıb.

“Biz bu konfransa Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Tacikistandan və Rusiyadan ekspertlər dəvət etmişik. Onlar Zəngəzur dəhlizinin ölkələrinə təsirini açıqlayacaqlar. Zəngəzur dəhlizinin açılmasının yalnız Azərbaycan üçün deyil, bölgənin inkişafı üçün də önəmlidir. Naxçıvana birbaşa yolumuz olacaq. Bu, bizim torpağımızdır” — deyə QHT sədri vurğulayıb.

Eyni zamanda, İradə Rizazadə, Prezidentin bu məsələyə verdiyi inamdan danışıb və sülh şəraitində qayıtmağın vacibliyini qeyd edib. “Ermənilər də başa düşməlidir ki, azərbaycanlılar olmadan onların inkişafı mümkün deyil,” — deyə o, fikrini tamamlayıb.


MANŞET XƏBƏRLƏRİ