COP29 Azərbaycana hansı yenilikləri gətirəcək? - AÇIQLAMA


COP29-un başlmasına artıq sayılı günlər qalıb. Dünyanın bir çox ölkəsindən ölkəmizə qonaqlar gələcək.

Bəs COP29 Azərbaycana hansı yenilikləri gətirəcək? Müsbət tərəfləri nə olacaq?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.

Elxan Şahinoğlu: Mübarizəyə hazıram!

Politoloq bildirib ki, “COP29 bir çox səbəbdən Azərbaycan üçün çox faydalıdır. Birinci Azərbaycanın müstəqillik tarixində ilk dəfə ölkəmizdə böyük miqyaslı səpgili, mötəbər tədbir keçirilir.

Əvvəllər də müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib Bakı. İdman tədbirləri, konfranslar və böyük seminarlar, amma bu miqyasda Azərbaycanda belə bir tədbir olmayıb. Qatılma sayı çox yüksək səviyyədədir. 70-80 min arasında qonaq təşrif buyuracaq. Bunun içərisində prezidentlər, baş nazirlər, təşkilatın rəhbərləri, biznesmenlər, jurnalistlər, qeyri hökumət təşkilatı üzvləri olacaq. Bizdə bu miqyaslı belə bir tədbir olmayıb. Bu baxımdan Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir.

Azərbaycanın dünyada tanıtdırılması, əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Gələcəkdə bunun turizmdə müəyyən qədər müsbət təsirləri olacaq. Necə ki, formula1 hər il Bakıda keçirilir, bunun turizmə müəyyən müsbət təsirləri var. Bakını tanıyırlar, Bakıya gəlirlər. Bu tədbirin də bu səpgidə bir faydası olacaq”.

Politoloq əlavə olaraq bildirib ki, “tədbirin özü də Azərbaycan üçün əhəmiyyətlidir. Yəni alternativ enerji mənbələrinin tanıtdırılması. Azərbaycan özü də bu istiqamətə çox önəm verir. Neft və qazımızla yanaşı alternativ enerjiləri də gücləndiririk. Ekologiyaya çox böyük zərər dəyməməsi üçün. Elektrik avtomobilləri, günəş panelləri, külək enerjiləri, bunlar hamısı artıq Azərbaycanda tətbiq olunub və bu baxımdan da Azərbaycanın beynəlxalq tədbirdə özünü tanıtdırmasına çox böyük ehtiyac var. Əlavə olaraq dünya təcrübəsi ilə də tanış olacağıq. Çıxışlar olacaq, bu çıxışlardan da hesab edirəm ki, Azərbaycan gələcəkdə faydalana biləcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ