Fransa kəşfiyyatı Azərbaycana qarşı hansı təxribata hazırlaşır? – AÇIQLAMA


Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb.

Dünən Aİ-nin daha bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.

Dünən isə Avropa İttifaqına məxsus avtomobillərlə hərəkət etdiyi halda, sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.

Bəs fransız kəşfiyyatçılarının sərhədimizdə nə işi var?

Azərbaycana qarşı hansı təxribata hazırlaşırlar?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəylinin deputatlığa namizədliyi qeydə alındı - FOTO - GlobalInfo.az

Ə. Əlibəyli bildirib ki, “Azərbaycanın mövqeyi sərtləşir, Avropa da Azərbaycana qarşı hazırda təzyiq mexanizmi kimi, bölgəyə göndərdiyi müşahidəçilərdən istifadə eləmə məsələsini artırıbdır. Bu intensivləşmə həm də onu göstərir ki, Avropanın müşahidəçiləri adı altında fransızların konkret olaraq Ermənistanı silahlandırması faktı var. Bu Azərbaycan tərəfindən dilə gətirildikdən sonra, onlar nəinki bunu gizlədirlər, nəinki bundan imtina edirlər, əksinə cida altından Azərbaycana silah göstərirlər.

Məsələnin mahiyyəti budur və təəssüfü ki, Fransa bufer ölkə kimi yanaşdığı Ermənistanda mövqelərini gücləndirir. Ermənistanı da sülh öncəsi müharibəyə çəkir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ