Şəhid general-mayor Polad Həşimovun şəxsi saatını bağışladığı xüsusi təyinatlı snayper


Ailənin yeganə oğul övladı olur...

Hələ uşaqlıqdan hərbçi olmağı arzulayır... Mübariz İbrahimov onun idealı olur...

Hərbi xidməti başa vurduqdan sonra öz istəyi ilə müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmət edir...

Hərbə olan sevgisi onun peşəkar hərbçi olmağına səbəb olur...

Tovuz rayonunda Maxe kimi hərbi xidmətə başlayır...

Hərbi bacarığı ilə Polad Həşimovun diqqətini çəkir və şəhid general-mayor onu öz yanına Şəmkir korpusuna gətirir...

Bir çox yarışlarda uğur qazanaraq sertifikatlar alır...

Müxtəlif silahlardan sərrast atəş açmaq bacarığı ilə seçilir...

XTQ kursuna daxil olur və kursu müvəffəqiyyətlə bitirir...

Türkiyədə snayper kursu keçir...

XTQ-də Snayper təlimatçısı olaraq dəfələrlə "Ən yaxşı snayper" fəxri fərmanı ilə təltif edilir...

2019-cu ildə Belarusda hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutur...

Şəhid general-mayor Polad Həşimov bu qələbəsinə görə ona şəxsi qol saat saatını bağışlayır...

Vətən müharibəsində Füzuli, Qubadlı, Laçın, Cəbrayıl, Zəngilan, Hadrut uğrundakı ən şiddətli döyüşlərdə snayper kimi iştirak edən, Qubadlı uğrunda döyüşlərdə sağ ayağından qəlpə yarası alsa da, yaralı halda 6 saat döyüşərək tabor komandirini mühasirədən çıxaran, bu döyüşdə 13 ermənini məhv edən, ümumilikdə isə 150-dən çox erməni əsgərini öldürən, Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan XTQ giziri, peşəkar snayper Cavid Hüseynov!

Fotoğrafı Aç

Qəhrəmanımız vətənə xidmətə görə "Azərbaycan Ordusunun 100 illiyi", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Qeyd edim ki, şəhidimizin atası Hümbət Hüseynov Birinci Qarabağ müharibəsinin qazisidir. Hətta Cavid doğulanda atası cəbhədə olub. Yeganə oğul övladını itirsə də oğlu ilə qürur duyduğunu deyir:" Cavid yaşıdlarından hər zaman seçilirdi. İstəyirdi ki, həmişə öndə olsun. Həmişə Mübariz İbrahimovdan danışırdı. Deyinirdi ki," bu müharibə başlamadı ki, qisasımızı alaq"... Müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayanda elə mənim döyüşdüyüm yerdə, həmin postda xidmət edirdi. Az bir müddətdə General Polad Həşimovun diqqətini çəkir və onu öz yanına, Şəmkirə aparır. Snayper silahını mənimsəmişdi Cavid. Bütün təlim və yarışlardan uğurla qayıdırdı. 2019-cu ildə yarışdan uğurla qayıdanda General Polad Həşimov onu qəbul etmişdi. Deyib ki, "Sən o yarışda bayrağımızı ucaltdın. Mən səninlə fəxr edirəm" . General şəhid olanda özünə söz vermişdi ki, onun qisasını alıb, məzarını ziyarət edəcək... "

Anası Səringül xanım deyir ki," Cavid Xocalı soyqırımı haqqında verilişə baxanda qisas hissi ilə alışıb yanırdı. Onların qisasını mütləq alacağını deyirdi. Bir gün mən ona dedim ki, bu müharibə sizin, sənin yaşıdlarının alnınıza yazıldı. Dedi ki, "Narahat olma. Əsas odur ki, biz gələcək nəsilə bütöv torpaq verəcəyik". Hərbi xidmətdə olanda da məktublar yazırdı. Komandirindən, vəziyyətindən razılıq edirdi. Amma çox vaxt şəhidlikdən yazırdı. Deyirdi, "Biz bir ölüb, min dirilərik"... Sanki bizi şəhid olacağına hazırlayırdı... Müharibədə olanda nə vaxt zəng edirdisə, çox pozitiv danışırdı. "Biz qalib gələcəyik. Sizi Qələbə paradına aparacam. Bu səfalı yerləri gəzdirəcəm"...

Döyüş yoldaşı danışır ki, "Döyüşlərdən birində Cavidgilin qrupu kəndi boşaltmaq üçün hücuma keçib. Həmin vaxt Cavidin qrupundan bir uşaq şəhid olub. Ümumiyyətlə döyüşlərdə də əsas aparıcı qüvvə snayper olduğuna görə döyüş yoldaşları Caviddən həmin an irəli çıxmaq üçün onları qorumasını istəyib. 15 dəqiqə sonra sakitlik yaranıb. Yoldaşlarına da deyib ki, arxayın olun, vurmuşam hamısını. Hansını hansı nöqtədən vurub, onun yerini də dəqiqliklə deyib. Uşaqlar gedib görüblər ki, dedikləri doğrudur. Sonra düşmən Cavidgilin qrupunu minaatanlardan atəşə tutub. Cavid də həmin vaxt yaralanıb. Döyüş yoldaşları Cavidi döyüş meydanından çıxartsalar da, həyatını xilas edə bilməyiblər"...

Ailənə demisən ki, "Mən evə ya şəhid, ya da qazi olaraq dönəcəm"... Verdiyin sözü də tutdun, igidim! Sən təkcə evdən yox, eldın getdin, bizdən getdin qəhrəman qardaşım! Bizim də borcumuz səni unutmamaq, unutdurmamaqdır!

Allah sənə rəhmət eləsin, məkanın cənnət, əziz ruhun şad olsun qəhrəmanım mənim!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ