Ermənilər islamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan


“Ermənistanın “Turanın səsi” adlı musiqi festivalında iştirak etməsi incəsənətdən çox siyasi məsələdir”.

Turkustan.az xəbər verir ki, bunu erməni bəstəkar Artur Şahnazaryan deyib.

Onun sözlərinə görə, ermənilərin çoxu muğam dinləyirlər və bu, normal deyil:

“Qazaxıstanın Türküstan şəhərində keçirilən müsabiqənin məqsədi həm də buranı Türk dünyasının mədəniyyət mərkəzi kimi tanıtmaqdır. Yəni məsələ musiqi deyil, siyasidir. Ermənilər isə hələ illlər əvvəl islamı musiqi yolu ilə qəbul ediblər. Ölkədə ciddi şəkildə muğam dinləyir və maliyyələşdirirlər. Bir muğam ifasına görə müğənniyə 3-4 min dollar pul verirlər. Hətta bir muğamın yazılması üçün ən azı 7 min dollar ayırılır. Bu xalqa uşaqlarımızın türk musiqisi ilə böyüməyi də maraqlı deyil”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ