“Tütünsüz həyat” kitabçasının təqdimatı olub - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Siqaret əleyhinə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbir 22 oktyabr 2024-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 44 nömrəli tam orta məktəbində həyata keçirilib. Tədbirdə layihə çərçivəsində hazırlanmış “Tütünsüz həyat” kitabçasının təqdimatı olub.

QHT.az xəbər verir ki, tədbirlərdə açılış çıxışı edən “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin sədri Namiq Sərdarlı layihənin məqsədi və hədəfləri haqqında danışaraq qeyd etdi ki, layihənin məqsədi, yeniyetmə və gənclərin zərərli vərdişlərlə (narkotik maddələrdən, tütün məhsullarından və alkoqollu içəcəklərdən) şüurlu şəkildə mübarizə aparmalarına dəstək olmaqdır. Bunun üçün mütəmadi olaraq yeniyetmə və gənclərlə maarifləndirmə işinin aparılmasının zəruriliyindən bəhsetti.

Daha sonra isə söz təlimçi İsmət Əmirahova verildi. O məktəblilərə zərərli vərdişlərin və asılılığın fəsadları, zərəli vərdişlərlə mübarizə, asılılğın insan psixologiyasına mənfi təsirləri, narkotik maddələrin, tütün məmulatlarının insan orqanizminə zərərləri və zərərli maddə təkliflərinə yox deməyi necə bacarmalı mövzularında iştirakçılara ətraflı məlumat verdi.

Daha sonra isə tədbir iştirakçılarına zərərli vərdişlərin insana mənfi təsirlərini özündə əks etdirən 30 şəkildən ibarət karikatura sərgisi nümayiş etdirildi.

Sonda tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış “Tütünsüz həyat” kitabçası, bloknot, qovluq və qələm hədiyyə edildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ