Paşinyandan Bakıdakı separatçılarla bağlı gözlənilməz qərar


“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan həbsxanalarında saxlanılan erməni hərbi əsirlərin (terrorçuların – red.) məsələsini sülh müqaviləsinə salmaqdan imtina edib. Bizə dedilər ki, müqaviləyə məhbuslarla bağlı bəndin salınması müzakirə olunub, lakin Azərbaycan etiraz edib, Paşinyan da bununla razılaşıb”.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr iddia edir ki, Paşinyan Bakıda həbsdə olan separatçılarla bağlı məsələnin dövlət səviyyəsində gündəmə gətirilməsinin danışıqlara mane olacağını və rəsmi Bakının əlində “silaha” çevriləcəyini düşünür.

“Məhbuslar məsələsi danışıqlar prosesinə daxil edilsə, sülh gündəmi dalana dirənəcək”, – Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü, deputat Ovik Ağazaryan nəşrə bildirib.

Xatırladaq ki, qondarma rejimin terrorçu liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, “spiker” David İşxanyan, “xarici işlər naziri” Davit Babayan, “müdafiə naziri” Levon Mnatsakanyan, “dövlət naziri” Ruben Vardanyan, general David Manukyan Bakıda istintaq təcridxanasında saxlanılır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ