Bakı ilə imzalanan sənəd İrəvanda təsdiqləndi


Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası komissiyaları arasında imzalanan reqlamenti ratifikasiya edib.

Turkustan.az xəbər verir ki, sənəd birinci oxunuşda təsdiqlənib.

67 deputatın reqlamentin lehinə səs verdiyi bildirilir. Sənədin əleyhinə səs verən olmayıb.

Qeyd edək ki, müxalifət deputatlarının səsvermədə iştirak etmədiyi deyilir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ