“Xınalıq dilində 500 söz: Hər söz bir tarixdir” kitabının təqdimatı keçirilib - FOTOLAR


Bu gün Azərbaycan Dövlət Pedagoji Universitetinin Quba filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Xınalıq” Turzimin İnkişafına Dəstək İctimai Birliyi tərəfində icra olunmuş “Xınalıq dilində 500 söz: Hər söz bir tarixdir” layihəsi çərçivəsində çap olunmuş “Xınalıq dilində 500 söz: Hər söz bir tarixdir” kitabın təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, təqdimatda Quba filialın Humanitar və Sosial məsələlər üzrə direktor müavini p.ü.f.doktoru Aysel Şeydayeva, filialın direktor köməkçisi Mürvət Əliyev, filialın Humanitar elmlər kafedrasının müəllimi t.ü.f.doktoru Təhminə Əliyevə və tələbələr iştirak ediblər. Təqdimatı giriş nitqi ilə açan layihə rəhbəri Yusif Abayev layihəni maliyyələşdirən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, layihəni icra edən “Xınalıq” Turizmin İnkişafına Dəstək İB fəaliyyəti haqqında, layihə çərçivəsində icra olunmuş layihənin məqsədi, vəzifəsi, görülmüş işlər və kitabın tədqiqatçılar üçün faydalığı haqqında ətraflı məlumat verib.

Tədbirdə iştirak edən p.ü.f.doktoru Aysel Şeydayeva, Mürvət Əliyev, t.ü.f.doktoru Təhminə Əliyevə Xınalıq dilini, tarixini, mədəniyyətini öyrənən bütün təqdiaqatçılar üçün kitabın əhəmiyyəti haqqında fikirlərini bildirmişdilər. Kitabın Xınalıq dili və tarixi ilə bağlı dəqiq, geniş və incə məqamlara toxunmaqla yazılmış ilk kitab olduğunu vurğulayaraq, kitabın gələcək tədqiqatçılar üçün bir mayak rolun oynayacağını qeyd ediblər.

Tədbir tələbələrlə sual-cavab əsasında davam etmiş, tədbirdə fərqlənmiş tələbələrə Xınalıq kəndi ilə bağlı xüsusi hazırlanmış suvinirlər və kitab hədiyyə olunmuşdur. Sonda kitabın faydalığını atrırmaq məqsədilə Quba filialının kitabxanasına 5 ədəd kitab hədiyyə olunub.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ