Simonyan: "Qarabağ həmişə Azərbaycanın ərazisi olub və indi də belədir"- VİDEO


Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi də belədir.

Erməni KİV xəbərlərinə görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlament tribunasında müxalifətçi daşnak deputat Qeqam Manukyanla şifahi mübahisə zamanı bildirib.

“Siz hansı əsasla deyirsiniz ki, Azərbaycanın "Artsax"a (Qarabağdakı keçmiş qondarma rejim nəzərdə tutulur - red.) hücum etmək hüququ var və BMT-nin qətnamələri buna icazə verib?”, - deyə Manukyan Simonyandan soruşub.

“Mən başa düşürəm ki, siz hər bir sözdən yapışıb bunun üzərində tezislər qurmağa, nəyisə sübut etməyə çalışırsınız. Amma fakt faktlığında qalır ki, bəhs etdiyimiz bu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi belədir”, - deyə Ermənistan parlamentinin spikeri cavab verib.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ