Ermənistanla Azərbaycan arasında sərhəd müqaviləsi imzalanacaq - Baş nazir müavini


Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə komissiyaların fəaliyyəti haqqında əsasnamədən belə çıxır ki, daha sonra iki ölkə arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə imzalanacaq.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentin Xarici əlaqələr komissiyasının iclasında Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin reqlamentini təqdim edərkən deyib.

Həmin reqlament avqustun 30-da iki ölkənin baş nazirinin müavinləri tərəfindən imzalanıb.

Mher Qriqoryan bildirib ki, bu günə qədər iki ölkənin komissiyaları arasında 9 iclas keçirilib və 2 protokola birgə imza atılıb.

19 aprel 2024-cü il tarixli 8-ci iclasın və 15 may 2024-cü il tarixli 9-cu iclasın protokolları imzalanıb.
Xüsusən də 8-ci iclasın 19 aprel 2024-cü il tarixli protokoluna görə, tərəflər sərhədin demarkasiyası prosesinin həyata keçirilməsinə dair mühüm fundamental və prosedur sazişləri, o cümlədən Alma-Ata Bəyannaməsini rəhbər tutacaqlar.

Komissiyanın 2024-cü il may tarixli protokolu ilə iki ölkə arasında sərhədin ayrı-ayrı hissələrinin qanuni qüvvədə olan respublikalararası sərhədə uyğun olması barədə razılığa gəlinib. Bu zaman SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı ildəki topoqrafik xəritəsi əsas götürüləcək.

M.Qriqoryan əsasnamələrin əslində 19 aprel 2024-cü il tarixli protokol əsasında imzalandığını vurğulayıb. Çünki həmin protokola əsasən, tərəflər demarkasiya prosesinin Alma-Ata Bəyannaməsi əsasında aparılacağı barədə razılığa gəliblər.

“Tərəflər həmçinin bu əsas prinsipi reqlament layihəsində birləşdirmək barədə razılığa gəliblər. 19 aprel protokoluna əsasən, tərəflər reqlamenti təsdiq etdikdən sonra prioritet barədə razılığa gəliblər və sərhədin bütün qalan hissələrinin demarkasiyası prosesini, o cümlədən anklavlar və eksklavlarla bağlı məsələləri davam etdirəcəklər. Əsanamə eyni zamanda, tənzimləmə sərhədə yaxın sakinlər üçün əlavə təhlükəsizlik mexanizmlərinin həyata keçirilməsi, iqtisadi fəallığın təmin edilməsi və digər məqsədlərin, xüsusən də sərhəd keçidlərinin optimallaşdırılması ilə bağlı müddəaların həyata keçirilməsi üçün imkanlar yaradır”, - deyə baş nazirin müavini qeyd edib./modern.az


MANŞET XƏBƏRLƏRİ