“Yeniyetmələr arasında kiberzorakılıq, qısnama hallarına qarşı mübarizə” adlı layihə həyata keçirilir - FOTOLAR


Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi və Müasir Qadın və Cəmiyyət İB təşkilatçılığı ilə “Yeniyetmələr arasında kiberzorakılıq, qısnama hallarına qarşı mübarizə” adlı layihə çərçivəsində təlimlərə start verilib. İlk təlimlər BDU Sosial Elmlər və Psixologiya fakultəsinin 1- lll kurs tələbələri ilə keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə Müasir Qadın Və Cəmiyyət İB sədri Fidan Kazımova, Bakı Dövlət Universitetin SEP fakultəsinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi, dosent Lalə Maxsudova, KİV nümayəndələri də iştirak edirdilər.

Təlimi Müasir Qadın və Cəmiyyət İB sədri Fidan Kazımova açaraq layihənin mahiyyətindən danışaraq bildirdi ki, əsrin bəlası hesab edilən kiber zorkılığın, kiberbullinqin genişlənməsinin səbəblərindən biri və əsasını qurbanların əksəriyyətinin üzləşdiyi problemi bölüşməmələri və nəticədə məsələyə qarşı sükut, ictimai qınağın olmamasıdır. Yaralar və izlər qoyan fiziki zorakılıqdan fərqli olaraq, kiber zorakılığı aşkar etmək daha çətindir. Layihədə texnologiyanın faydalarından bəd niyyətlə istifadə edənlərə innovativ texnoloji üsullardan, vasitələrdən istifadə etməklə bildirmək istəyirik ki, kiber zorakılıqla mübarizə aktualdır və bu problemlə üzləşənlərə dəstək olan insanlar, qrumlar vardır.

Təlimçi- Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologoya fakultəsinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi Lalə Maxsudova “Bullinq, kiberbullinq-kiberzorakılıq nədir”, “kiberzorakılıqdan qorunma yolları”, “təhsil müəssisələrində-əsrin bəlası hesab edilən kiberzorakılığa qarşı aparılması vacib olan profilaktik tədbirlər” və s. mövzularla bağlı ətraflı məlumat verildi.

Təlimdə həmçinin təəssüflə bildirildi ki, son illər yeniyetmə və gənclər arasında özünəqapanma, depressiya, suisid meyllərin artımı müşahidə olunur. Ekspertlər bunu bir sıra iqtisadi amillərlə, valideyn və müəllimlərin qeyri-etik davranışı, sevgi münasibətləri, məktəb psixoloqlarının öz işini bilməməsi və s. ilə əlaqələndirirlər. Beynəlxalq praktikaya və Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa əsasən psixoloqlar şagirdlərlə davamlı iş aparmalıdırlar. Lakin öz işini mükəmməl bilən psixoloqlar azdır, hətta ucqar kənd məktəblərində psixoloqlar müxtəlif fənnləri tədris etdyindən öz vəzifələrini icra edə bilmirlər.

Dövrümüzdə yeniyetmə və gənclərin psixoloji durumuna mənfi təsir edən amillərdən bir də əsrin bəlası hesab edilən kiber zorakılıqdır ki, bu sosial mediada, mesajlaşma və oyun platformalarında hədəfə alınanları şantaj və təhdid etməklə qorxutmaq, utandırmaq məqsədini daşıyan və təkrarlanan davranışdır. Rəqəmsal texnologiyaların faydalarından bəd niyyətlə(maddi vəsaitin əldə edilməsi, cinsi istismar və s) istifadə edənlər öz məqsədlərinə nail olmaq üçün yeniyetmə və gənclərə, xüsusən də qızlara daha çox zərər verirlər. Kiber zorakılığa məruz qalanlar müəllimlərin, ailənin və sosial çevrənin qınağından çəkinərək bunu gizli saxlamağı üstün tutaraq əksər vaxtlarda öz həyatlarına son qoymağa qərarlı olurlar. Rəqəmsal texnologiyalardan istifadə ilə bağlı aparılmış sorğuya əsasən məlum olmuşdur ki, şagirdlərin bir qismi kiber zorakılıq, kiberbullinq hallarına meyillidirlər, bir qismi isə kiber zorakılığa məruz qalıblar. Tələbələr kiberzorakılıqla bağlı qarşılaşdıqları hallar, problemlər və ondan çıxış yolları ilə bağlı fikirlərini bildirdilər.

Təlimdə mövzu üzrə hazırlanmış xüsusi slayd təqdim olundu. Təlimin qarşılıqlı fikir mübadiləsi, dialoq formatında təşkil edilməsi onun effektliyini artırmaqla, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı. Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış “Səsiz Eleni” animasiya video- çarx iştirakçılara təqdim olundu.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ