"Hər bir məsələlər zərgər dəqiqliyi ilə həll olunacaq" - MÜNASİBƏT BİLDİRİLDİ


“COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycan dövləti təşəbbüs irəli sürərkən təbii ki bu böyük formatlı tədbirin keçirilməsi ilə bağlı ölkəmizdə potensialın olması nəzərə alınıb.

Birincisi ona görə ki, Azərbaycanın artıq bu cür beynəlxalq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi formalaşıb, müəyyən mexanizmlər var”. Bu sözləri SİA-ya açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.

Aqil Camal sözlərinə belə davam edib: “İkincisi isə Azərbaycan öz potensialına güvəndiyi üçün belə bir geniş masştablı tədbirin paytaxtımızda reallaşması ilə bağlı təşəbbüsü inamla irəli sürüb. Bundan başqa, hal-hazırda bu istiqamətdə görülən işlər COP-29-a sayılı günlər qaldığı müddətdə göz önündədir. Müvafiq böyük bir təşkilat komitəsi yaranıb və bu təşkilat komitəsi ayda bəlkə bir neçə dəfəyə toplanır və yaxud da işçi qruplar var.

Ölkə Prezidenti də hal-hazırda COP 29-un keçiriləcəyi əsas məkanda işlərin gedişi ilə tanış olmaq üçün həmin ərazidə olub və son məlumatları əldə edib. Ümid edirik ki, Azərbaycan əvvəl olduğu kimi bu tədbirdə də layiqli bir şəkildə öz yüksək təşkilatçılığını ortaya qoyacaq, hər bir məsələlər zərgər dəqiqliyi ilə həll olunacaqdır. Burada təbii ki təşkilatçı qurumlar, təşkilatçı dövlət orqanlarından başqa ictimaiyyətin, media, QHT-lər və bəlkə belə deyərdim ki hər bir vətəndaşın da üzərinə müəyyən məsuliyyətlər düşür. Çünki bu cür mötəbər beynəlxalq tədbir çoxsaylı dövlət başçılarının, hökumət başçılarının, rəsmi şəxslərin qatılacağı, eyni zamanda jurnalistlərin olacağı və digər əlaqədar şəxslərin minlərlə xaricilərin ölkəmizə gələcəyi hər bir Azərbaycanlı üçün həm qürurdur, həm də məsuliyyətdir. Eyni zamanda fərdi təşəbbüskarlıq və müəyyən nümunəvi addımların atılmasında da öz rolunu göstərə bilər”.


MANŞET XƏBƏRLƏRİ