Paşinyan Ərdoğanla razılaşdı, Ermənistan bölünəcək – Matevosyan


“Ankara, Bakı və İrəvan rəhbərliyi İstanbulda Ermənistanın bölünməsinə hazırlaşırlar”.

Turkustan.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Benyamin Matevosyan çıxış edib.

“Oktyabrın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın təşəbbüsünə uyğun olaraq Zəngəzur dəhlizi razılaşmasının legitimləşdirilməsinə cəhd ediləcək. İstanbulda keçiriləcək görüşlərin nəticəsində Paşinyanın “Zəngəzur Ermənistanındır və nöqtə” deməsi məntiqli olardı. Daha sonra nələrin baş verəcəyini artıq bilirsiz”, – Matevosyan deyib.

Qeyd edək ki, hazırda İstanbulda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında görüş keçirilir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ