Tütünsüz həyat mövzusunda tədbir keçirilib - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Siqaret əleyhinə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbir 17 oktyabr 2024-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 8 nömrəli tam orta məktəbində həyata keçirilib. Tədbirdə layihə çərçivəsində hazırlanmış “Tütünsüz həyat” kitabçasının təqdimatı olub.

QHT.az xəbər verir ki, tədbirlərdə açılış çıxışı edən “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin sədri Namiq Sərdarlı layihənin məqsədi və hədəfləri haqqında danışaraq qeyd etdi ki, layihənin məqsədi, yeniyetmə və gənclərin zərərli vərdişlərlə şüurlu şəkildə mübarizə aparmalarına dəstək olmaqdır. Bununla yanaşı natiq öz çıxışında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatı şagirdlərlə paylaşdı. Dünyada 8 milyon nəfər tütünün səbəb olduğu xəstəliklər nəticəsində həyatını itirir və bunun bir milyonu passiv tütün çəkənlərdir. Bu da o deməkdir ki, tütündən istifadə edənlər təkcə öz sağlamlığını deyil, ətrafdakıların da sağlamlığını təhlükəyə atmış olurlar.

Daha sonra isə söz təlimçi İsmət Əmirahova verildi. O məktəblilərə sağlam qidalanma, şəxsi gigiyena, texnologiyadan səmərəli istifadə, idman və fiziki hərəkətlərin faydaları, keyfiyyətli yuxu və aludəçililkdən qorunma haqqında ətraflı danışdı. Təlim diskusiya şəklində məktəblilərlə sual cavab şəklində keçdi. Məktəblilər təlimdən razı qaldıqlarını və faydalı məlumatlar aldıqlarını bildirdilər.

Sonda tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış “Tütünsüz həyat” kitabçası, bloknot, qovluq və qələm hədiyyə edildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ