Mirzoyan bu gün İstanbulda dəhlizə razılıq verəcək - Təcili


Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Siyasi dairələrdə müxtəlif ölkələrdən səslənən bəyanatları təhlil edərək, Paşinyanın Ərdoğanla ayrıca razılaşmanın bir hissəsi kimi Orta dəhlizlə razılaşacağına dair proqnozlar irəli sürülür ki, bu da Rusiya üçün yumşaq desək, qəbuledilməzdir, çünki 9/10 noyabr tarixli sənəddə təkcə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizindən deyil, yolların açılmasından söhbət gedir. Oktyabrın 8-də Moskvada keçirilən Putin-Paşinyan və Putin-Əliyev görüşlərindən sonra Kremlin mətbuat katibi Peskov Rusiya prezidentinin yarım saatlıq görüşlərdə Zəngəzur dəhlizi məsələsini müzakirə etdiyini bildirməsinin səbəbi budur. Dünən isə Rusiya XİN sözçüsü Zaxarova ona düzəliş edərək qeyd edib ki, Moskva Zəngəzur dəhlizi qəbul etmir”, - məlumatda deyilir./axar.az


MANŞET XƏBƏRLƏRİ