XƏBƏRDARLIQ: Bu ərazilərdə qaz olmayacaq


Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, eyni zamanda siyirtmənin quraşdırılması və Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Turkustan.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Təmir-bərpa işləri aparılan müddətdə Binə qəsəbəsinin Binə Sovxozu, Əli İsazadə küçəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.


MANŞET XƏBƏRLƏRİ