Taksi qadağası Bakını "tıxaca salıb"?


Taksi xidmətləri sahəsində həyata keçirilən islahatların ilkin nəticələri açıqlanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev bu barədə məlumatı açıqlayıb.

Onun sözlərinə görə, avtomobilə yaş (yəni istehsal ili) məhdudiyyəti və minimum qiymət artımı tətbiq olunub.

"Taksi qanunvericiliyi qəbul olunub. Buna əsasən, mövcud taksilərə 15 il yaş qadağası, yeni taksilərin yaşı 8 il olmalıdır. Tələb olunan qurğular video kamera, POS terminal, avtomobilə rəng tələbləridir.

Qanunvericiliyin mərhələli şəkildə tətbiqinə 2024-cü ilin aprelində başlanılıb. 2024-cü ilin sentyabrından 16 yaşlı taksilərin fəaliyyəti məhdudlaşdırılıb".

Bəs islahatlar şəhərin tıxac problemini həll edib?

Nəqliyyat sahəsi üzrə ekpert Aslan Əsədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, görülən islahatlar növbəti mərhələdə tıxac probleminin həllində də yardımçı olacaq:

"Taksi fəaliyyəti ilə bağlı işlərin görülməsi mühüm qərarlardır. Xüsusilə, bu gün tıxac problemi yaşayan Bakı üçün bu cür addımların atılması müsbət haldır. Məsələ burasındadır ki, bu tənzimləmələr taksi fəaliyyətində nə qədər öz rolunu göstərir.

Tıxaclar və tıxacların təkcə gur, digər saatlarda da artması kimi məsələlər öz həllini gözləmədədir. İnanırıq ki, sözügedən tənzimləmələrdəbu problemlər öz həllini tapacaq.

Düzdür, şəhərdə tıxaclar əvvəlki dövrlə müqayisədə artıb. Bunu heç kəs inkar etmir, görünən mənzərə budur. Amma Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu istiqamətdə müəyyən tədbirlər, tənzimləmələr həyata keçirir. Ümid edək ki, bu tənzimləmələr tıxacları da aradan qaldıracaq".


MANŞET XƏBƏRLƏRİ