Bakıdakı separatçılarla bağlı inanılmaz plan – Onları “qaçırmaq” üçün…


Son vaxtlar Qərbdən Azərbaycana çağırışlarda “insan haqları”, “siyasi məhbus” iddiaları dominantlıq təşkil edir. Hakimiyyət tərəfdarları deyirlər ki, Aİ və ABŞ-ın bu istiqaməti gücləndirməkdə xüsusi məqsədi var. Belə ki, yerli siyasi məhbus məsələsini qabardıb, Bakıda saxlanılan separatçıların da azadlığa buraxılmasına nail olmaq hədəflənir.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Azərbaycanda həbsdə saxlanılan həmin mənfur ermənilər cinayətkardırlar:

“Kimlər ki, onları terrorçu və cinayətkar saymır, öz ərazilərindəki məhbusları azad etsinlər və dünyaya bir “nümunə” nümayiş etsinlər. Araik Arutyunyan dəfərlərlə etiraf edib ki, Azərbaycan ərazilərinə 44 günlük müharibə zamanı raket atılması əmrini o verib. Bununla belə ABŞ, Fransa, Niderlanddakı mərkəzlər onu və digər separatçıları cinayətkar hesab etmir.

Separatçılığı himayə edən bu ölkələr onları cinayətkar saymırsa, öz problemləridir. Əgər ortada yanlışlıq olduğunu iddia edirlərsə, diskussiyaya hazırıq.

Qərb demokratiya, insan haqları kimi məsələlərdən sadəcə öz imperialist maraqlarını təmin etmək üçün istifadə edir. Bu gün Gürcüstana da eyni rəftarın şahidi oluruq. Rəsmi Tbilisi Qərbin maraqları çərçivəsində hərəkət edirdi deyə, “demokratik” adlanırdı. İndi Qərbin ziddinə nə isə edirlər, nəticədə təzyiqlər başlayıb.

Qərb heç bir halda Bakıya separatçılarla bağlı təzyiq göstərə bilməz. Torpaqlarımızda terror əməlləri törətmiş bu canilər cəzalandırılacaqlar”.


MANŞET XƏBƏRLƏRİ