“Sosial problemlərin həlli təşəbbüsləri” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO


Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi , “Sosial problemlərin həlli təşəbbüsləri” adlı layihə həyata keçirir.

- Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi - Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

- Layihənin icra müddəti: 4 aydır

- Layihə Bakıxanov qəsəbəsində həyata keçirildi.

- Layihənin məqsədi: Bakı şəhər Bakıxanov qəsəbəsində yaşayan həssas əhali qrupların ( yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin) sosial hüqularla bağlı maarifləndirilməsi, problemlərinin həllində (sosial sahədə, hüquqi, maddi və mənəvi yardım , həkim müayinəsi və müalicəsini təşkil etmək yolu ilə) yardım etməklə onların sosial və mənəvi inkişaflarına dəstək verməkdir.

İYULUN 04-ü – 2024 –cü il tarixində Bakıxanov qəsəbəsi, S. Mehmandarov küç, 34 ünvanında sonuncu tədbir reallaşdırıldı.

Dəyirmi masanı layihənin təlimçisi Oktay Qasımov və hüquqşünas Leyli Quliyeva aparırdı.

Tədbirdə 29 nəfər yaşlı, tənha, xəstə və əlilliyi olan iştirakçıya maarifləndirici tədbir keçirildi. (sosial hüquqlar haqda qanunvericilik, sosial hüquqların müdafiəsi, hüquqların pozulduğu zaman hara , kimə və necə müraciət etmək olar., Biz təşkilat olaraq sizə necə kömək edə bilərik və s )Təlimçi və hüquqşünas tədbir iştirakçılarına sosial hüquqlar haqda məlumat verdilər, onlara sosial hüquqları izah etdilər, hansı halda kimə və necə müraciət etmələri izah edildi. iştirakçıların suallarına cavab verildi və müraciət edənlərə əməli köməklik göstərəcəklər.

Layihənin hüquqşünası Leyli Quliyeva şikayətçiləri dinlədi və onlara məsləhətlər verdi.

İştirakçılara çay fasiləsi təşkil edildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ