Azərbaycan “uğrunda” mübarizə – Qərb Ermənistanı niyə satır?


Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edib. Bu zaman prezident Brüsselə mesaj göndərərək deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinə görə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində geriləmə baş verərsə, bu çox təəssüf hissi doğurar.

Prezidentin sözügedən açıqlamasını Globalinfo.az-a şərh edən AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, politoloq Elnur Kəlbizadə deyib ki, bu mesajlar çox önəmlidir:

“Səsləndirilən fikirlər hazırkı şəraitdə Azərbaycanın regional və qlobal proseslərə yanaşmasını aydın şəkildə nümayiş etdirir. Hesab edirəm ki, prezidentin Belçika Krallığının səfirini qəbul edərkən ifadə etdiyi fikirlərin davamı Danimarkanın təyin olunmuş səfirinin etimadnaməsi qəbul edilərkən deyilib. Əslində Danimarkanın ölkəmizdəki səfiri də “Danimarka siyasətçiləri arasında Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə fikir güclənməkdədir” – deməklə bir çox mətləblərə aydınlıq gətirib”.

Elnur Kəlbizadə

Politoloqun sözlərinə görə, indiki məqamda Azərbaycan Avropanı Mərkəzi Asiyaya birləşdirən ən etibarlı keçid nöqtəsidir:

“Rusiya və İranın mövqeyini nəzərə alsaq faktiki olaraq, Azərbaycan Avropa İttifaqının həmin regionla əlaqələri üçün mövcud olan yeganə bağlantıdır. Bu baxımdan Avropada tədricən daha yaxşı başa düşürlər ki, Azərbaycan, onunla münasibətlər önəmlidir.

Aİ və ona üzv olan dövlətlər fransızlaşmaqdan çəkinməlidirlər. Aİ Fransadan ibarət deyildir. Bu baxımdan İttifaqa üzv olan dövlətlərin özləri rəsmi Parisə anlatmalıdırlar ki, İttifaq Makronun şəxsi mülkü deyildir və ya Avropada Napoleonun imperatorluğu dövrü çoxdan geridə qalıb. Azərbaycan – Avropa İttifaqı münasibətlərində gərginlik yox, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq fayda gətirə bilər”.


MANŞET XƏBƏRLƏRİ